21.11.2024, 20:55
AZ EN
28.08.2024, 20:18 239

Rusiya XİN: Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşmaların alternativi yoxdur

XƏBƏRLƏR
  • Moskva Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova regionu könüllü olaraq tərk etmiş ermənilərin Qarabağa qayıtması ilə bağlı sualına cavab verərkən bildirib.

“Ermənistan tərəfinin bununla bağlı hər hansı geniş proqramı varmı? Proqram mövcud olsaydı, mən onu şərh edərdim. Siz başqa dövlətin nümayəndəsindən bunu necə görə biləcəyini niyə soruşursunuz? Biz tərəfləri bu məsələnin həll edilməsinə sövq edirik, lakin başa düşdüyünüz qədər, əldə edilmiş razılaşmalar həyata keçirilmədən bunu etmək olduqca çətindir”.

Zaxarova əlavə edib ki, Rusiya dövləti Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşmaların hələ də alternativi olmamasından çıxış edir.

“Qeyd edilən razılaşmalar sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı da daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas istiqamətlərini əhatə edir”, - deyə Zaxarova bildirib. (AZERTAC)

Oxşar xəbərlər