09.06.2025, 06:40
AZ EN
28.08.2024, 09:00 388

İqlim dəyişikliyi və həlli yollarına həsr olunan sənədli film müsabiqəsi layihəsi təqdim olunub

XƏBƏRLƏR
  • COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq sənədli film müsabiqəsi layihəsini təqdim edib.

“Dəyişikliyin sədaları, qlobal iqlimin fəaliyyətinə baxış” adlı müsabiqədə iştirk üçün dünyanın bir çox ölkəsindən təcrübəli şəxslər və şirkətlər dəvət olunacaqlar.

COP29 çərçivəsində təşkil ediləcək layihələr üzrə ekspert Altun Mikayıllı İTV-yə açıqlamasında bildirib ki, layihədə əsas məqsəd məhz bu istiqamətdə kollektiv səylərinn yönəldilməsidir: “Digər ikinci bir məqsəd isə məhz bu sahə üzrə yaradıcı potensialı olan şəxslərə bu platforma məhz geniş imkan yaradılacaq ki, onlar kriativ yanaşmalarını tətbiq edə bilsinlər.  Layihə əlbəttə ki, COP29 konfransı ilə eyni mövzularla bağlıdır”,-deyə o əlavə edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər