Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Vorontsovka Rayon İcmasının sədri Miraslan Bəkirli olub.
O, Vorontsovkanın Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu diqqətə çatdırıb, Soyuqbulaq kəndi ərazisində əsrlərin yadigarı olan qayaüstü rəsmlərdən, qədim adət-ənənələrdən, toy və yas mərasimlərindən geniş bəhs edib.
Bildirib ki, Qafqazdakı bütün faciələr ermənilərin bu regiona köçürülməsindən qaynaqlanır. Müsahib vurğulayıb ki, oğurluğu həyat tərzi seçən ermənilər Hindistandan qovulub, Qafqaza sürgün ediliblər. Amma bu coğrafiyaya köçəndən sonra özlərini Qafqazın əbədi sakinləri kimi aparmağa, tarixi saxtalaşdırmağa başlayıblar.
M.Bəkirli ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan da danışıb. Bildirib ki, Andranikin dəstəsi Vorontsovka rayonunun bəzi kəndlərinə soxulub, dinc əhalini kütləvi qətlə yetirib. Yazıçı-publisist iki babasının 1937-ci il noyabrın 14-də ermənilər tərəfindən güllələndiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)