19.10.2024, 15:40
AZ EN
27.08.2024, 16:40 126

119 saylı Ağdam Dairə Seçki Komissiyasının 11 saylı Seçki Məntəqəsinin siyahısında 770 seçici var

XƏBƏRLƏR
  • “119 saylı Ağdam Dairə Seçki Komissiyasının 11 saylı Seçki Məntəqəsi Ağdam rayonunun 3 kəndinin ərazisini əhatə edir. Seçki məntəqəsi Baharlı kəndində yerləşir”.

Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 11 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Mahir Həsənov deyib. O bildirib ki, seçki məntəqəsi səsverməyə tam hazırdır: “Səsvermə kabinələri tam hazırdır. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb. MnSK üzvləri DSK-da keçirilən treninqlərdə iştirak ediblər. Onlara seçki qanunvericiliyi ilə verilən hüquqlar, məsul olduqları vəzifələr bir daha geniş şəkildə izah olunub”.

MnSK sədri onu da əlavə edib ki, seçki günü ilə bağlı maarifləndirici materiallar lazımi ərazilərə yerləşdirilib: “Seçki məntəqəsində 770 nəfər seçici qeydiyyata alınıb ki, onların 2-si ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1935-ci il təvəllüdlü Quliyeva Hüzrü Lələkişi qızıdır”.    

Oxşar xəbərlər