Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb. (Report)