Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.
Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.