Bu fikirləri Göyçə mahalının Basarkeçər rayonundan olan QHT sədri Səbuhi Abbasov söyləyib.
Qərbi Azərbaycan İcmasının yaranma zərurətinə toxunan Səbuhi Abbasov əlavə edib ki, qədim yurd yerlərinə qayıdışımız, tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələlərində dost ölkələrin dəstəyinə ehtiyac var. O vurğulayıb ki, bu günlərdə qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsinin özü də bir dəstəkdir. Beynəlxalq platformalarda zaman-zaman “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” çağırışları edən S.Abbasov bu prosesin daha sistemli şəkildə aparılmasının vacibliyini qeyd edib. Qaçqın düşdüyü Göyçə mahalında hər iki valideyninin, babalarının anadan olduğunu vurğulayan QHT sədri deyib ki, həmin torpaqlar onun ata-baba yurdudur. Onun ATƏT-in yüksək səviyyələri konfranslarında “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” kimi çağrışlarla çıxış etməsi isə insan hüquqları baxımından normal hesab olunmalıdır.
S. Abbasov vurğulayıb ki, Azərbaycan xalqı İlham Əliyevin müdrikliyinə bələd idi, 44 günük savaşdan sonra dünya da Liderimizin əzmini, iradəsini gördü, hiss etdi. Bu mənada Qərbi azərbaycanlılar nə qədər tez öz doğma yurd-yuvalarına qayıtsalar, ermənilər üçün bir o qədər də faydalı olar. Əks halda, aqibət bizdən çox onlara və onların havadarlarına yaxşı məlumdur. (AZƏRTAC)