22.11.2024, 00:54
AZ EN
20.08.2024, 18:45 209

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib

XƏBƏRLƏR
  • ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə Çikaqoda keçirilən görüş Azərbaycan Respublikasının və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova Alyansın yaranma məqsədi, bu günədək görülən işlər barədə ətraflı məlumat verib, azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan həqiqətlərini qərb cəmiyyətinə çatdırmaları, ABŞ-dakı dost icmaların üzvləri ilə əməkdaşlıq imkanları barədə danışıb, tələbələrin inkişafına kömək edəcək proqramların əlçatanlığına diqqət çəkib.

Görüş iştirakçılarına xaricdəki azərbaycanlı gənclərin vətənə bağlılığı və bu sahədə DİDK-nın həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq Proqramlar üzrə rəhbəri Adam Veber təşkilata uğurlar arzu edib və ABŞ-dakı azərbaycanlı tələbələri hər zaman dəstəklədiyini ifadə edib.

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçilərindən olan Fərid Məmmədov tələbələrə tövsiyələrini verib, Azərbaycanı tanıtmaları istiqamətində onlara daim dəstək olacaqlarını bildirib.

Toplantıda DİDK-nın və diasporun fəaliyyəti ilə bağlı müxtəlif videoçarxlar nümayiş olunub, irimiqyaslı layihələrdən danışılıb. Görüş soydaşlarımızı maraqlandıran sualların cavablandırılması, ABŞ-da azərbaycanlı tələbələrin daha yaxşı şəbəkələşməsinin perspektivləri və gələcək fəaliyyətə dair yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb. (AZERTAC)

Oxşar xəbərlər