"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan bildirib. O, Nikol Paşinyanın Azərbaycanla sərhədlərin müəyyənləşməsinə yönəlik fəaliyyətini “pedofiliya qarışığı ilə konstitusiya pozuntusu" kimi dəyərləndirib.
Kazaryan deyib ki, Paşinyan son dövrlər bütün görüşlərinin əsasən məktəblilərin iştirakı ilə keçirir. O, baş nazirin yay tətilinə baxmayaraq, yalnız məktəblilərin iştirak etdiyi tədbirlərdə göründüyünü bildirib: “Məncə, bu, pedofiliyanın təzahürüdür və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır. Ümumiyyətlə, pedofiliya təkcə fiziki deyil, həm də uşaqların etibarsızlığından istifadə edərək psixoloji təsirdir”.
Kazaryan əlavə edib ki, Paşinyan öz ideyaları ilə bağlı böyüklərlə məhsuldar debat apara bilmir: “O, delimitasiya və demarkasiya məsələləri ilə bağlı fikirlərini şagirdlər arasında təbliğ edir, bu sahənin mütəxəssisləri ilə danışa bilmir. Buna görə də sadəcə olaraq hər hansı peşəkar mübahisədən qaçır”.
Elxan SALAHOV