20.09.2024, 12:52
AZ EN
16.08.2024, 09:38 264

Rusiya Ermənistandakı hərbi bazasını çıxarır, əvəzində...

XƏBƏRLƏR
  • Rusiyanın Gümrüdəki hərbi bazası bölgədən çıxarıla bilər. Son bir ayda Rusiya-Ukrayna cəbhəsində vəziyyətin ikincinin xeyrinə dəyişməsi Moskvanı belə bir addım atmağa vadar edir.

"Vətən səsi" xəbər verir ki, Gümrüdəki hərbi bazanın çıxarılacağı barədə söz-söhbət son vaxtlar Ermənistan mətbuatının əsas mövzularından birinə çevrilib. Rus sərhədçilərinin iyulun 31-də Ermənistandakı “Zvartnots” beynəlxalq hava limanından və Arazdəyən (ermənilər buranı " Yerasxavan" adlandırır) ərazisindən geri çəkilməsindən sonra bu məsələ məxsusi şəkildə qabardılır. Bildirilir ki, Nikol Paşinyan və onun komandası ABŞ və Fransaya məxsus ordu birləşmələrinin Ermənistandan yerləşməsinin əsas hədəflərindən biri də Rusiyanın Gümrüdəki hərbi bazasının bölgədən çıxarılmasına nail olmaqdır.

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu rus ordusunun Gümrüdən çıxarılması barədə məlumatların reallığa çox yaxın olduğu qənaətindədir. Onun fikrincə, hazırkı şəraitdə Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir.

Rusiya-Ukrayna cənhəsində vəziyyətin pik həddə çatdığını deyən politoloq hesab edir ki, Vladimir Putin böyük ehtimalla Gümrüdəki ordunu Kurska göndərəcək: " müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var. Lakin Kreml Ukraynanın şərq cəbhəsində silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risk etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq. Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır".

Elxan Şahinoğlu bildirib ki, Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar: "Buna baxmayaraq, Kreml sahibi üçün bu gün ən ümdə vəzifə Ermənistanda hərbi baza saxlamaqla, burada tənbəlləşən hərbçilərinin istirahətinin davamına şərait yaratmaq deyil, imicinə dəyən zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. Ermənistanın Baş naziri Nikol Paşinyan və onun hökuməti də Rusiyanın Gümrüdəki hərbi bazasını qapadaraq hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərməsini çox istəyərdi".

Elxan SALAHOV

Oxşar xəbərlər