19.10.2024, 15:35
AZ EN
01.12.2022, 10:29 255

Ekspert: Laçının azad olunması ərazi bütövlüyümüzün təmini edilməsi istiqamətində tarixi addımdır

XƏBƏRLƏR
  • Laçının azad olunması ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan tarixi addımdır.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Sədr müavini qeyd edib ki, Laçının erməni işğalından azad olması bəzi məqamları ilə böyük əhəmiyyətə malikdir. Laçın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra – həmin il dekabrın 1-də azad edilib. 44 günlük Vətən müharibəsində darmadağın olunan erməni faşizmi üç rayonu döyüşsüz azad etməyi öhdəsinə götürmüşdü ki, bunlardan da biri Laçın idi.

Laçının bir güllə belə atılmadan düşmən tapdağından azad olunması heç şübhəsiz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik qələbəsi idi. Laçının azad olunması Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, siyasi-diplomatik müstəvidə də söz sahibi olduğunu əməli şəkildə sübut etdi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan regionun lider dövlətidir və bölgədəki hər dövlət, eləcə də Ermənistan onun iradəsi ilə razılaşmaq məcburiyyətindədir.

Polkovnik Laçının hərbi əməliyyatlarsız azad edilməsinin Azərbaycana döyüş itkilərindən qaçmağa imkan verdiyini, bunun da dövlətimizin insan həyatına verdiyi önəminin göstəricisi olduğunu deyib: “Əgər Laçın da digər rayonlarımız kimi döyüşlə alınsaydı, o zaman şübhəsiz ki, düşmənlə yanaşı, biz də müəyyən itkilər verəcəkdik. Laçının dağlıq relyefini, düşmənin bu ərazidə 30 il ərzində formalaşdırdığı müdafiə sistemlərini, minalanmış ərazilərin hədsiz çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, bu itkilərdən yayınmaq mümkün olmayacaqdı. Bu baxımdan, Prezident İlham Əliyevin Laçını döyüşsüz azad etməsi heç bir itki vermədən bu ərazilərə nəzarəti təmin etməyimizə şərait yaratdı.

Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanlarımız doğma yurdlarına qayıdacaq və onlara bu böyük səadəti yaşadan hər kəsi – şəhidləri, qaziləri, Ali Baş Komandanımızı sonsuzadək əbədi minnətdarlıq hissi ilə xatırlayacaqlar”. (AZƏRTAC)

Oxşar xəbərlər