21.09.2024, 08:31
AZ EN
15.08.2024, 14:16 215

Paşinyan Putinlə münasibətləri nizama salmaq istəyir

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan sabiq deputatı Qurgen Arsenyan bu ölkənin Rusiya Federasiyasındakı yeni səfiri təyin edilib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bununla bağlı müvafiq fərman imzalayıb. Bundan bir qədər əvvəl, yəni avqustun 13-də Qurgen Arsenyanın deputat kimi səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistanla Rusiya arasında yaşanan siyasi gərginlik diplomatik münasibətlərə də mənfi təsir göstərir. Məhz buna görə də Ermənistanın Rusiyadakı səfirliyi Moskva-İrəvan münasibətlərindəki gərginliyi azaltmağa çalışsa da, hələlik buna nail olmaq mümkün olmayıb. Hətta müharibədən sonra Ermənistan hokuməti Moskvadakı səfiri vasitəsilə Rusiyaya etiraz notaları da təqdim edib. İndi isə rəsmi İrəvan yeni səfir təyin etməklə Rusiya ilə soyuq münasibətlərin qaydaya salınacağına ümid edir.

Elxan SALAHOV

Oxşar xəbərlər