24.12.2024, 03:54
AZ EN
14.08.2024, 16:35 262

İqor Korotçenko: “Parlament seçkiləri Azərbaycanın siyasi sisteminin təkmil olduğunu nümayiş etdirir”

XƏBƏRLƏR
  • “Hər bir halda parlament seçkiləri hər bir ölkənin həyatı üçün mühüm rol oynayır. Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri Azərbaycanın siyasi sisteminin təkmilliyini, səmərəliliyini bir daha nümayiş etdirir”. 

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpasından sonra bir sıra xarici dairələr regiondakı vəziyyətə maksimum müdaxilə etməyə və mənfi təsir göstərməyə çalışırlar. “Ona görə də Azərbaycanın siyasi sisteminin sabitliyi bir nömrəli məsələdir. Prezident seçkilərindən sonra parlament seçkilərinin keçirilməsi isə sabitliyin lazımi elementlərini təmin edəcək və Azərbaycanın inamlı irəliləyişini təmin edəcək. Eyni zamanda seçkilərin daha bir əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçkilər keçiriləcək”.  

Oxşar xəbərlər