Bu barədə Pakistanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir Qasım Mohiuddin COP29 Azərbaycan Əməliyyat Şirkətinin sədri xanım Nərmin Carçalova ilə görüşüb. [Görüşdə] qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfir COP29-un uğurlu təşkili üçün ən xoş diləklərini çatdırıb”, – səfirliyin sosial şəbəkədəki paylaşımında qeyd olunub.
Xatırladaq ki, avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni təyin olunmuş səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul etmişdi. (Report)