Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X"də yazıb.
O bildirib ki, bu, beynəlxalq hüquq kontekstində də belədir: "Qərəzli olmasanız, irqçi və ya ksenofob davranmasanız, bir etnik qrupu digərindən üstün tuta bilməzsiniz".
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində qəbulolunmaz mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.
Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların analoji hüququ barəsində bir kəlmə də deməyib. (Report)