Bu barədə Qarabağa səyahət edən Almaniyadan olan səyahətçi Yoahim von Loeben bildirib. Almaniyadan olan səyyah Azərbaycana ilk dəfə səfər etdiyini deyib.
"Mən həqiqətən ölkəyə heyran oldum. Azərbaycanın şimal bölgəsində Rusiya ilə sərhəddə olmuşam. Qubada olmuşam. Qarbağa səfər də çox maraqlıdır, xüsusilə burada gedən yenidənqurma işlərini görmək. Sizin necə sürətlə bərpa işlərini həyata keçirdiyinizi görmək heyrətamizdir".
Səyyah Şuşada olduğunu, bu şəhəri xüsusilə sevdiyini deyib.
"Bu gün isə İranla sərhəddə bu qədim körpünü görmək imkanımız oldu. Bu, maraqlı bir tarixi abidədir. Biz həmçinin minaların zərərsizləşdiriməsi ilə tanış olduq. Mina partlayışlarının necə güclü olduğunu gördük, eyni zamanda prosesin necə yavaş olması, mina axtarışlarının necə diqqət təlöb etdiyini gördük.Gün ərzində maksimum 8 mina zərərsizləşdirilə bilər. İndi anlayıram ki, bu proses niyə bu qədər çox vəsait, səy tələb edir. Mən ümid edirəm ki, bu problemin öhtəsindən gəlmək üçün beynəlxalq ictimaiyyət Azərbaycana maliyyə dəstəyi, texnologiya verəcək. Digər halda Azərbaycan ərazilərini minalardan tam təmizləmək 20 il davam edəcək. Mən dua edirəm və ümid edirəm ki, başqa ölkələrə bu problemin həlli ilə bağlı sizə daha çox kömək edəcək. Dörd gündür ki, buradayam, və əminəm ki, bu gözəl ölkəyə, Azərbaycana təkrar qayıdacağam". (APA)