20.10.2024, 03:45
AZ EN
26.08.2023, 13:42 324

Fransalı deputat: "Azərbaycanın birinci xanımının qonaqpərvərliyini heç zaman unutmayacağam"

XƏBƏRLƏR
  • "Azərbaycana səfərlərimiz zamanı ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bizə göstərdiyi yüksək qonaqpərvərliyi heç zaman unutmayacağıq".

Bunu Fransa bürosuna bu ölkə parlamentinin üzvü, deputat Andre Vilye (Andre Villiers) deyib.

O, Mehriban Əliyevanın Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə yorulmadan çalışdığını vurğulayıb.

Fransalı deputat bildirib ki, Azərbaycanın birinci xanımı fəaliyyətində humanizm və bəşəri dəyərləri rəhbər tutmaqla xalqının sevimlisinə çevrilib.

A.Vilye Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib: "Birinci xanıma ad günü münasibətilə ən xoş arzularımı çatdırıram və dostluğumuza bundan sonra da sadiq qalacağıma əmin edirəm". (Report)

Oxşar xəbərlər