22.11.2024, 22:15
AZ EN
27.07.2024, 12:25 183

Çarlz Vili: Azərbaycan Qarabağın abadlaşdırılması istiqamətində çox böyük işlər görür

XƏBƏRLƏR
  • Azərbaycan Qarabağın abadlaşdırılması istiqamətində çox böyük işlər görür.

Bu barədə "Most Traveled People" (MTP) səyahət klubunun nümayəndə heyətinə rəhbərlik edən Çarlz Vili deyib.

"Artıq üç ildir ki, Qarabağda turlar keçirirəm və dəfələrlə bura gəlirəm. Qarabağ bütünlüklə heyrətamizdir. Şuşadan Ağdama, Zəngilan ətrafına qədər piyada getmişik və indi Cəbrayılda Xudafərin körpüsündəyik. Burada yollar getdikcə daha da yaxşılaşır. Demək, Azərbaycan Qarabağı abadlaşdırmaq üçün çox böyük işlər görür", - deyə o vurğulayıb.

Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib. (Trend)

Oxşar xəbərlər