08.06.2025, 23:15
AZ EN
22.10.2024, 09:51 309

Tural Gəncəliyev: “Tramp hakimiyyətə gələrsə, Yaxın Şərq bölgəsinə ABŞ-ın diqqət və marağının cəlb ediləcəyi deməkdir”

XƏBƏRLƏR
  • “Amerika Birləşmiş Ştatlarının hakimiyyətində iqtidarda dəyişiklik olarsa,Tramp hakimiyyətə gələrsə, bu, regiona, daha çox Yaxın Şərq bölgəsinə ABŞ-ın maraqlarının diqqətinin cəlb ediləcəyi deməkdir”.

Bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə regionda baş verə biləcək dəyişikliklərlə bağlı İctimai TV-yə müsahibəsində deyib.

O, bildirib ki, Tramp dəfələrlə vurğulayıb ki, o prezident seçilərsə, hətta NATO üzvlərinə belə ümumdaxili məhsulun 2 faizini ödəməyəcəkləri təqdirdə NATO-ya da hansısa bir Amerika Birləşmiş Ştatlarının yardım etməsi məsələsini yenidən nəzərdən keçirəcək: “Yəni mesaj verir ki, NATO züvləri özləri öz təhlükəsizliyinin qayğısına qalmalıdırlar. ABŞ-dan çox vədlər gözləməməlidirlər.”

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər