- İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində bu barədə yerləşdirilmiş məlumatda bildirilir ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.