Bunu Cəbrayılda rusiyalı səyyah Anna Zavyalova deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialı var.
“Burada zəngin tarixə malik çoxlu şəhərlər var, məsələn, elə həmin Şuşa. Anladığım qədərilə, Xudafərin də çox qədim körpüdür. Təbii ki, bu yerlərin böyük turizm potensialı var”, - A.Zavyalova qeyd edib.
Səyyah həm də tarixi abidələri vandalizmdən qorumağa dair çağırış edib.
Rayonun gələcəkdə inkişafından danışan A.Zavyalova yerli sakinlərin buraya qayıtmasını arzuladığını qeyd edib. (Report)