23.11.2024, 00:34
AZ EN
24.07.2024, 19:05 171

Ramin Məmmədov “Heydər” məscidinin fəaliyyəti ilə tanış olub

XƏBƏRLƏR
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də "Heydər" məscidi idarəsinin fəaliyyəti ilə tanış olub.

Idarənin sədri Sabir Həsənli məscidin fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, İslam dünyasında vəhdət namazının qılındığı, heç bir məzhəb ayır-seçkiliyinin olmadığı ibadətgah fəaliyyət göstərdiyi ilk gündən vəhdət prinsipini əsas götürən nadir məscidlərdən biridir.

S.Həsənli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan məsciddə hər iki məzhəbdən olan din xadimləri və onlar arasındakı örnək münasibətlərdən danışaraq məscidin Azərbaycanda tarixən formalaşan qardaşlıq və tolerantlıq mühitinin təşviqində mühüm rol oynadığını qeyd edib.

R.Məmmədov din xadimləri ilə söhbətində ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərinə, həmrəylik və mənəvi vəhdətin önəminə diqqət çəkib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərə dövlət qayğısının gündən-günə artması sayəsində Azərbaycandakı birgəyaşayış mühiti daha da möhkəmlənir.

Bu dəyərlərin təbliği istiqamətində görülən işlərdə din xadimlərinin üzərinə düşən vəzifələrə də toxunan R.Məmmədov ideoloji sahədə aparılan maarifləndirmə işlərində onların fəallıq nümayiş etdirmələrinin vacibliyi barədə danışıb.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, ölkəmizdə dini sahədə görüləcək işlərə dair müzakirələr aparılıb. (Report)

Oxşar xəbərlər