Tədbirin birinci günündə 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlərin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.
Rəsmilər və QHT nümayəndələrinin çıxışlarından sonra "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusunda panel müzakirə təşkil edilib.
Daha sonra isə iştirakçılar Qubadlı rayonuna səfər ediblər, burada yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindəki 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə tədbirə qatılıblar.
Günün yekununda hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil edilib.
Tədbir iyunun 25-də növbəti panel müzakirələrlə davam edəcək. (Report)