Bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
“Minalardan təmizləmə işləri də prioritet istiqamətlərimizdə ilkin yerlərdən birini tutur. Düşünürük ki, hökumətə hansı dəstək göstərə bilərik. Həmçinin biz həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramını da qiymətləndiririk”, - deyə BMT-nin rezident əlaqələndiricisi qeyd edib. (AZƏRTAC)