-Ermənistanın axırıncı təxribatı bir daha göstərdi ki, bu ölkənin rəsmiləri köhnə vərdişlərindən əl çəkməyiblər. Onlar 27 il ərzində BMT Təhlükəsizlik Şurasının alternativ xarakterli məlum dörd qətnaməsini icra etmədikləri kimi, indi də 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Ermənistan hakimiyyətinin siyasi riyakarlığı o həddə çatıb ki, öklənin təhlükəsizlik şurasının katibi və müdafiə nazirliyinin rəsmisi hərbi birləşmələrinin hələ də Qarabağ ərazisində qaldıqlarını etiraf etdikləri halda, baş nazirləri bu faktı inkar etməyə çalışır. N.Paşinyan dildə deyir ki, ölkəmizin irəli sürdüyü beş təməl prinsipi ilə razıdır və guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dildə bunu desə də, Paşinyan özü də komandasının aparıcı üzvləri də bəyan edirlər ki, Azərbaycan “Dağlıq Qarabağın varlığını” tanımalıdır, Minsk qrupu yenidən geri dönməlidir və “sratus” məsələsi həllini tapmalıdır. Əgər Ermənistan rəhbərliyi bu cür sərsəm xülyalarla yaşayırsa, onun öz öhdəliklərinə əməl etməməsi və silahlı birləşmələrini hələ də Azərbaycan ərazisində saxlaması təəccüb doğurmamalıdır.
Ermənistan hakimiyyəti işğal dövründə olduğu kimi, indi də açıq-aydın görünən siyasi oyunbazlıqla məşğuldur və məqsədləri yalnız vaxt qazanmaqdır. Paşinyanın ölkəmizin şərtlərini qəbul etdiklərinə dair bəyanatı təxribatdan sonrakı açıqlamaları ilə ziddiyyət təşkil edir. Bəzi siyasi kluarlar da Paşinyanı dünyaya az qala “demokratiya mücəssəməsi” kimi sırımağa cəhd edənlər nə tez unudurlar ki, “Qarabağ Ermənistandır və nöqtə” kimi beynəlxalq hüquqa zidd olan, anti-demokratik bəyanatının müəllifi “demokrat” adlandırdıqları elə bu şəxs idi.
“Yeni ərazilər uğrunda yeni müharibə” tezisi də Paşinyan hökmətinin hərbi doktrinasının tərkib hissəsinə çevrilmişdir. Bununla da onun özü təsdiq etmişdir ki, əslində, Xocalı cəlladları Köçəryan və Sarkisyan zehniyyətinin və siyasətinin davamçısıdır. Bəziləri bu həqiqəti unutsalar da və ya onu unutdurmağa çalışsalar da, Azərbaycan cəmiyyəti bunu unutmayıb. Ermənistan siyasiləri cilddən-ciildə girməkdə nə qədər pərgar olsalar da, eyni vaxtda həm Qərbə, həm də Şimala guya sadiq olduqlarını nümayiş etdirərək hər iki tərəfə yarınsalar da, onların məkrli oyunları Azərbaycan iqtidarının diqqətindən yayınmır. Prezident İlham Əliyev bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Ermənistan rəhbərliyini öhdliklərini yerinə yetirməyə növbəti dəfə dəvət edərək xəbərdarlıq etmişdir: “ Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək.... Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb eidirik”.
Millət vəkili daha sonra vurğulayıb ki, istər Ermənistan rəhbərliyi, istərsə də erməni cəmiyyətində revanş hissi ilə yaşayan başıpozuq siyasət dəllalları yəqin etməlidirlər ki, törətdikləri istənilən təxribatın, Azərbaycan hərbçisini hədəf seçən istənilən cəhdlərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və Qisas amansız olacaq və necə ki, oldu. Allah şəhidimiz Anar Kazımova və bütün şəhidlərimizə rəhmət eləsin.
Təbii ki, məğlub olanların məğlubiyyət acısını həzm etmələri ağrılı prosesdir. Ona görə də məğlubların reallıqla daha tez barışmaları və məkrli planlarından daha tez əl çəkmələri üçün bundan sonra da güclü olmalıyıq və möhtəşəm birliyimizi bədxahlardan qorumalıyıq.
Hazırladı:
Tahirə AĞAMİRZƏ