05.10.2024, 09:56
AZ EN
06.07.2024, 09:10 186

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

XƏBƏRLƏR
  • Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.

Toplantıda çıxış edən nazir bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: “Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”.

İclasdan əvvəl XİN başçıları ailə fotosu çəkdirib. (Report)

Oxşar xəbərlər