22.11.2024, 09:00
AZ EN
24.06.2024, 18:45 210

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı

XƏBƏRLƏR
  • Prezidenti İlham Əliyevin iyunun 21-də “Euronews” televiziyasında yayımlanan müsahibəsi həm informasiya yükü, həm də yeni mesajlar baxımından zəngindir. Bu müsahibədə əvvəlcə Azərbaycanın “yaşıl enerji” sahəsində potensialı açılır. Dövlətimizin başçısı rəqəmlərə istinad edərək bildirdi ki, ölkəmizin “yaşıl enerji”yə keçid etməsi üçün zəruri imkanları var. Bərpaolunan enerji növlərindən sayılan günəş və külək enerjisinin emal mexanizmini qurmaqla Azərbaycan nəinki öz ehtiyaclarını ödəməyə, həm də “yaşıl enerji” ixracatçısına çevrilməyə qadirdir.

Bu sözləri açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O qeyd edib ki, Azərbaycan 2030-cu ilədək 5 qiqavat, orta perspektivdə isə 10 qiqavat, gücündə yaşıl enerji istehsalını nəzərdə tutan müqavilələri və anlaşma memorandumlarını icra edəcək. Yəni ölkəmizin “yaşıl enerji” sisteminə keçid proqramı barədə deyilənlər kampaniya xarakteri daşımır, siyasi konyunkturaya əsaslanmır. Azərbaycan ənənəvi enerji istehsalında olduğu kimi, “yaşıl enerji” sahəsində də aparıcı ölkələrdən biri olmağa iddialıdır və bu yolda planlı addımlar atır.

“Euronews” televiziyasında yayımlanan sonuncu müsahibə lakonikdir, konkret mövzuya həsr edilib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin mahiyyətindən bəhs edir. Prezident İlham Əliyev bu yığcam müsahibə çərçivəsində də Azərbaycan üçün zəruri olan mesajları çatdırır. Nəzərə almaq lazımdır ki, ölkəmizin sabit, təhlükəsiz olması, etibarlı tərəfdaş imici qazanması investorlar üçün cəlbedici amildir. Dövlətimizin başçısı müsahibəsində Avropa auditoriyasının diqqət yetirdiyi bu iki amili - həm Azərbaycanın “yaşıl enerji” potensialını, həm də ölkənin sabit və təhlükəsiz olması amilini xüsusi vurğulamaqla zəruri mesajlar ötürdü. “Euronews” televiziyası Azərbaycan Prezidentindən 2024-cü ilin ilk yarısında 2 dəfə, 1 il müddətində isə 5 dəfə müsahibə götürüb. Bu, Avropa və bütövlükdə Qərb auditoriyasının Azərbaycan rəhbəri ilə müsahibələrə ciddi önəm verməsinin göstəricisi kimi də qəbul edilə bilər”, - deyə ekspert vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR