23.11.2024, 03:20
AZ EN
11.06.2024, 14:21 319

Sərhəddəki 54 daşınmaz əmlak Azərbaycana verilir

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycanla sərhədindəki Tavuş (Tovuzqala) vilayətinin Kirants (Xeyrimli) kəndində yerli sakinləır üçün yeni məktəb binası tikilir. Çünki sərhədlərin delimitasiyası prosesinin bu kəndin ərazisinə düşən hissəsində başa çatmasından sonra təhsil ocağına gedən yol da Azərbaycanın nəzarətinə keçib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Tavuş vilayətinin Kirants kəndində tikintisinə başlamış yeni məktəb bu ilin sentyabrında istifadəyə verilməlidir. Yerli sakinlər təhsil ocağı ilə yolun arasındakı məsafədən narahatdırlar. Çünki sərhəd delimitasiyası başa çatdıqdan sonra bu yol Azərbaycanın nəzarətinə keçəcək.

“Delimitasiyadan sonra bu hissə Azərbaycanın olacaq. Cəmisi yarım dəqiqə lazımdır ki, bu yoldan məktəbin qapısına çatasan”- “Sputnik Ermənistan”ın müxbirinin kənddən hazırladığı reportajda deyilir.

O da qeyd olunur ki, Kirantsda sərhədin delimitasiyası nəticəsində ümumilikdə 30 vətəndaşa məxsus 54 daşınmaz əmlak Azərbaycan tərəfinə veriləcək. Bu obyektlərin hamısının kadastr şəhadətnaməsi var. O cümlədən, 2 yaşayış binası, 3 mağaza, avtomobil hissələri satışı məntəqəsi, 48 torpaq sahəsi, o cümlədən bir neçə hektar kommunal torpaq Azərbaycana veriləcək.

Xatırladaq ki, delimitasiyadan sonra Kirants kəndində torpaq sahəsinin bir hissəsi və ermənilərin yaşadığı iki ev Azərbaycan ərazisində qalıb. Sakinlərə tikililəri boşaltmaq və ərazini tərk etmək üçün iyunun 24-dək vaxt verilib. Ermənistan hökuməti evi və həyətyanı torpaq sahəsi Azərbaycan tərəfinə verilən ailələrə kompensasiya ödəniləcəyini vəd edib. Həmçinin delimitasiya prosesinin hazırkı mərhələsi başa çatandan sonra Ermənistandan Gürcüstana gedən yol Azərbaycanın nəzarətinə keçəcək. Rəsmi İrəvan bəyan edib ki, sərhəd komissiyalarının görüşündən sonra delimitasiya və demarkasiya ilə bağlı əldə olunan razılaşma Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsini zərurətə çevrilib. Alternativ yol çəkilişini Ermənistan hökuməti öz üzərinə götürüb. Belə ki, 2-3 ay ərzində H-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa gedən alternativ yol delimitasiya üzrə razılaşmanın tələblərinə uyğun olaraq yenidən qurulacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər