23.12.2024, 23:14
AZ EN
28.09.2023, 10:00 363

ABŞ rəsmisi Qarabağdan danışdı: Diplomatik həll yolu tapmaq üçün hər şeyi etdik”

XƏBƏRLƏR
  • ABŞ dövlət katibi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla dəfələrlə birbaşa danışıqlar aparıb. Həmçinin bir sıra rəsmilərimiz təkcə Qarabağda əməliyyatların başladığı son həftə və ya 10 gün ərzində deyil, bir neçə ay əvvəl də bölgəyə səfər ediblər”.

“Vətən səsi” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller dünənki brifinqdə bildirib. O, qeyd edib ki, ABŞ öz tərəfindən Qarabağdakı vəziyyətə dair diplomatik həll yolu tapmaq üçün lazım olan hər şeyi edib: “Lakin unutmamalıyıq ki, burada bir-birinə zidd olan iki tərəf var. Biz onları bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni edə bilərik, amma sonda onlar bir-biri ilə danışmağa razılıq verməlidirlər və nəhayət bir növ həll yolu tapmalıdırlar. Biz bunu edəcəyik, bu prosesi dəstəkləməkdə öz rolumuzu oynamağa davam edəcəyik”.

ABŞ rəsmisi Rusiyanın Qarabağda baş verənlərdə rolu ilə bağlı sualı da cavablandırıb.  Onun fikrincə, Rusiya son bir həftə ərzində Qarabağda heç bir təsirli rol oynamayıb: “Dövlətlər olub ki, biz onların danışıqlara töhfə verdiklərini görmüşük və biz bunu alqışlamışıq. Lakin əlbəttə ki, onların ötən həftə bu vəziyyətdəki rolu təsirli olmayıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər