Bu barədə Belarusun Baş nazirinin müavini İqor Petrişenko bildirib. Bu layihə Bakıda təqdim olunacaq.
“Belarus Qarabağın dirçəlişinə konkret töhfə verəcək. Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması, bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin tikintisi olacaq. Bu hərtərəfli layihənin konsepsiyasını bu ilin noyabrında Bakıda təqdim etməyi planlaşdırırıq”, - İ. Petrişenko, bu gün Azərbaycan-Belarus Biznes Forumunda çıxışı zamanı bildirib.
Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir.
Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı şəhərciyinin salınması təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Belarus tərəfindən irəli sürülüb. (Report)