Numan Kurtulmuş sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.
TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar. (Report)