"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb. Bildirilir ki, tərəflər arasında beçinci görüş iki ölkənin sərhədində keçirilir.
Qeyd edilir ki, bu gün səhər sərhədin Ermənistan tərəf hissəsində başlayıb və günorta isə Türkiyə tərəfində davam etdiriləcək. Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.
Elxan SALAHOV