Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılmalıdır: "Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik".
Deputat bildirib ki, bu gün ölkədə “Böyük qayıdış” prosesi uğurla davam etdirilir: "Bu gün hər bir məcburi köçkün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğı və diqqətini üzərlərində hiss edirlər". (Report)