23.11.2024, 03:38
AZ EN
30.05.2024, 11:05 322

Vahid Hacıyev: Minalardan çirklənmə Qarabağda ən ciddi problemlərdən biridir

XƏBƏRLƏR
  • Qarabağda minalardan çirklənmə regionun yenidən qurulmasına və sakinlərin öz evlərinə qayıtmasına mane olan ən ciddi problemlərdən biridir.

Bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağda fəal şəkildə genişmiqyaslı bərpa işlərinə başlanılıb:

“Bu ərazilərdə təxminən 30 illik işğal dövründə milyonlarla mina qoyulub. Bu da həmin əraziləri dünyanın minalarla ən çox çirklənmiş regionlarından birinə çevirib. Bu, təkcə Qarabağın və Şərqi Zəngəzurun ətraf mühitini təhlükə altına qoymayıb, həm də kənd təsərrüfatının, turizmin və iqtisadiyyatın digər sahələrinin inkişafına təsir göstərir”. (Report)

Oxşar xəbərlər