Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkəsinin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə deyib.
“28 May - Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunacaq. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri inkişaf edib, biz strateji tərəfdaşıq. Azərbaycan xalqına uğurlar arzulayıram”, - o vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə uğurlu əməkdaşlıq inkişaf edir.
Z.Pataradze həmçinin bildirib ki, bugünkü tədbirdə icra və qanunvericilik orqanlarının, biznes sektorunun nümayəndələri iştirak edir. (Report)