Bunu özünün "Twitter" səhifəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp yazıb.
"Bu mina aşkarlayan itin idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya - Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək", - deyə C.Şarp bildirib. (trend)