21.11.2024, 13:24
AZ EN
17.05.2024, 22:18 225

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Bu barədə Prezidentin köməkçisi X səhifəsindəki paylaşımında bildirib.

"Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - deyə qeyd olunub. (APA)

Oxşar xəbərlər