22.11.2024, 10:03
AZ EN
07.10.2023, 16:58 259

Qarabağ erməniləri öz liderlərinə deyil, Prezident İlham Əliyevə inanmalıdırlar - Filip Ekozyants "Baku Network" platformasında (VİDEO)

XƏBƏRLƏR
  • "Baku Network" ekspert platformasında erməni tarixçi, yazıçı Filip Ekozyantsla müsahibə efirə yayımlanıb.

Qarabağdakı vəziyyətdən danışan Filip Ekozyants Qarabağın erməni sakinlərinin bir dəfə olsun öz vədlərini tutmayan, onlara fayda gətirəcək heç bir şey etməyən insanlara inandıqlarını qeyd edib.

"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni sakinlərinə qalmağı təklif edir və yerli erməni sakinləri ehtiyacları olan hər şeylə - işlə, yaşayış yeri ilə - təmin edəcəyini vəd edir. Hər şey çox aydın şəkildə ifadə olunub. Vəziyyətə bu etimada kimin layiq olduğu nöqteyi-nəzərindən baxmaq lazımdır. Prezident İlham Əliyev nə vəd etmişdi? Prezident İlham Əliyev Qarabağı geri alacağını vəd etmişdi və bunu etdi. Prezident İlham Əliyev qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması üçün üç il gözlədi. Prezident İlham Əliyev söz vermişdi ki, onlar onun tələblərini yerinə yetirməsələr, o məsələni güc yolu ilə, lakin dinc sakinlərin zərər görməyəcəyi şəkildə həll edəcək. O söz verdi və sözünü tutdu", - o deyib.

Ekozyants bildirib ki, Prezident İlham Əliyev indi də Qarabağın erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi hər şeyə sahib olacaqlarını vəd edir.

"Onlara Azərbaycan vətəndaşlığını qəbul etmək təklif olunur, heç kim onlardan erməni milliyyətlərini almır. Prezident İlham Əliyev verdiyi sözü tutur. Verdiyi vədlərə əməl edən insana etibar etmək lazımdır. Lakin bu gün Qarabağın erməni sakinləri bir dəfə olsun, onların etimadına layiq olmayanlara şans verirlər. Bu fəlakət olsa da, həqiqətdir", - deyə erməni tarixçi əlavə edib. (Trend)

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR