06.05.2025, 07:26
AZ EN
16.11.2024, 16:12 205

“Roots of Peace”in qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir

XƏBƏRLƏR
  • Qarabağda minaları üzüm tənəklərinə çevirmək əzmi var. Ümid edirəm ki, Bakıda keçirilən COP29 iqlim konfransı kənd təsərrüfatı sayəsində sülhün mümkün olduğuna nümunə olacaq.

Bu barədə “Roots of Peace” QHT-nin qurucusu Heidi Kühn bildirib.

"Mən Azərbaycana üç dəfə səfər etmişəm. Qarabağdakı mina sahələrini görmüşəm. Bu öldürücü "terror toxumlarını" təmizləmək və Qarabağın gözəl kənd təsərrüfatı torpaqlarını bərpa etmək mənəvi məsuliyyətimizdir", - o qeyd edib.

H.Kühn vurğulayıb ki, Qarabağ keçmişdə üzüm bağları ilə məşhur olub.

O əlavə edib ki, bu regionun təbii zənginliyi və məhsuldarlığı bərpa olunaraq həyata qaytarılmalıdır: "Kənd təsərrüfatı sülhə körpü ola bilər". (Report)

Oxşar xəbərlər