"Vətən səsi" xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin sərhəd komissiyalarının görüşündən sonra əldə edilən razılaşma barədə dünən yaydığı izahatında belə deyilir. Bildirilir ki, delimitasiya və demarkasiya ilə bağlı əldə olunan razılaşma Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsini zərurətə çevrilib. Bununla belə, razılaşma icraya yönəldiləcək və alternativ yol çəkilişini Ermənistan hökuməti öz üzərinə götürüb.
İzahatda o da qeyd olunub ki, yolun köçürülməsi 2-3 aya həll olunacaq. Belə ki, H-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa gedən alternativ yol təmir olunacaq.
Elxan SALAHOV