Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - nazir əlavə edib.
Nazir onu da bildirib ki, bu, prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır: “Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”. (APA)