16.05.2025, 11:18
AZ EN
09.12.2024, 11:28 247

Türkiyənin Suriyadakı qələbəsi erməniləri qorxudur: “44 günlük müharibədən sonra...”

XƏBƏRLƏR
  • "Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqdə yeni reallığın yaranması deməkdir".

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni türkoloq Ruben Melkonyan yazıb. O bildirib ki, Əsəd hökumətinin devrilməsindən və türkiyəyönlü silahlı qrupların ildırımsürətli qələbəsindən sonra regionda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və proses davam edəcək.

Erməni türkoloq Türkiyənin Suriya üzərindən qazandığı qələbənin nəticələrini, qlobal və regional proseslərə mümkün təsirlərin 9 bənd üzrə təsnifatlaşdırıb:
1. Bu, Böyük Yaxın Şərqin yenidən formalaşdırılması və transformasiyası mərhələlərindən biridir, lakin sonuncu deyil;
2. Bu, qlobal və regional reallıqların və qüvvələr balansında dəyişikliklərin praktik müstəvidə və real siyasi zəmində təsbit edilməsidir;
3. Bu, Türkiyə-Rusiya-İran üçlüyündə digər ikisinin bahasına Türkiyənin real qələbəsi və nailiyyətidir;
4. Bu, Türkiyənin rolunun və nüfuzunun artması, Rusiya və İranın isə əksinə, imicinin aşağı düşməsi, yaxın gələcəkdə daha da azalma tendensiyası olan təsir imkanlarının zəifləməsidir;
5. Türkiyənin açıq-aşkar siyasətləri sayəsində reallığa çevrilən açıqlamalarında tarixin müxtəlif mərhələlərinə və vəziyyətlərə istinadlar özünü göstərir;
6. Rusiya və İranın bəyanatları, təhdidləri və real hərəkətləri tədricən bir-birindən uzaqlaşaraq səmərəsiz və köhnə ritorikaya çevrilir. Əsəd ordusunun döyüşmədiyi və ona görə də heç nə edə bilmədiyi haqda “bəraətlər” şişirdilir. Bu, 44 günlük müharibədən sonra “Ermənistan Qarabağın müstəqilliyini tanımadı və biz heç nə edə bilmədik” ifadəsinə bənzəyir;
7. Hadisələr göstərəcək ki, yeni Suriya Türkiyənin birbaşa və güclü təsiri altında olan bir ölkə olacaq, yoxsa onun bəzi əraziləri “xalqın iradəsi ilə” de-yure dövlət kimi Türkiyəyə birləşəcək.
8. Ərdoğan daha bir böyük qələbə qazandı: səhhəti və ondan asılı olmayan digər hallar mane olmasa, bu, ona yenidən prezident seçilmək üçün real şans verəcək;
9. Ərdoğan da 1920-ci ilə doğru əməli addım atdı. Kamal Atatürkün təklif etdiyi “Milli Pakt” xəritəsi, ona görə Hələb və digər Suriya əraziləri Türkiyənin bir hissəsi olmalıdır.

Ruben Melkonyan baş verənlərin Ermənistana təsirindən bəhs edərkən qeyd edib ki, Əsədin devrilməsi Azərbaycanda İran və Rusiyanın siyasi nüfuzunu aşağı salacaq: “Ermənistan üçün dost ölkə olan Suriyanın yerinə açıq-aydın türkiyəyönümlü başqa bir dövlət qurulacaq, lakin müxtəlif gələcək ssenariləri istisna edilmir. Aydındır ki, keçmiş Suriya artıq olmayacaq, ona görə də ermənilərə və Ermənistana münasibətin dəyişməsi, həmçinin Türkiyə üçün həssas mövzuların kənarda qalması da proqnozlaşdırıla bilər. Məsələn, erməni soyqırımı ilə bağlı abidələrin və memorial yerlərin sökülməsi. Lakin bir qrup erməni Suriyada yaşamağa davam edəcək və bu, onların üzərində yeni hakimiyyətin “tolerantlıq” illüziyası qurmağa imkan verəcək”.

Elxan SALAHOV

 

Oxşar xəbərlər