23.12.2024, 08:55
AZ EN
14.05.2024, 10:27 331

Ermənistan KTMT-dən çıxası olmadı, amma...

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsindəki uğursuzluqdan sonra Kremlin çətiri altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi təstək ala bilmədiyi üçün bu qurumdan çıxmaq istəyən Ermənistan hökuməti fikrindən daşınıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələ aradan qaldırılıb və bu mövzu birdəfəlik bağlanıb.

Qriqoryan deyib ki, rəsmi İrəvan hərbi potensialını gücləndirmək və yeni silahların əldə edilməsi ilə bağlı planlarına da yenidən baxaraq Rusiya ilə bu sahədə əməkdaşlığı əvvəlki kimi davam etdirməyəcək: "Ermənistan indi Rusiyadan sifariş edilən silahları almır.  Çünki son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib. Müqavilə öhdəliklərinə əməl edilmir”.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Nikol Paşinyanın rəhbəri olduğu hökumət silah və mexanizmlərin yeni tədarüklərini axtarmaqla məşğuldur. Armen Qriqoryan "Müqavilə öhdəliklərinə əməl edilmir” dedikdə Rusiyadana narazılığını ifadə etsə də, son bir ildə Ermənistanı silahlandıran Fransadan tədarük edilən havadan müdafiə sistemlərinin növbəti tranşları barədə danışmaq istəməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər