21.11.2024, 22:23
AZ EN
10.05.2024, 19:54 211

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

XƏBƏRLƏR
  • Azərbaycanın Kişineudakı səfirliyinin və Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbirdə yerli ictimai-siyasi xadimlər, diaspor fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.

Moldova parlamentinin deputatı, parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən rəhbəri Vitali Jakot çıxışında bildirib ki, Heydər Əliyev xalqının tarixində dərin iz qoyub, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycan regionun liderinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrilib. Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır.

Digər çıxış edənlər müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdiyini, işğal altındakı torpaqlarını geri qaytararaq Azərbaycan Bayrağını Şuşa, Xankəndi, Xocalı, Qarabağ üzərində dalğalandırıldığını vurğulayıblar.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi açılıb. Sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib. (AZƏRTAC)

Oxşar xəbərlər