Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
B.Muradovanın sözlərinə görə, məcburi köçkünlər yüksək keyfiyyətlə tikilmiş evlərə, mənzillərə köçürülür:
"Onların əmək şəraiti, təhsili, sağlamlığı xidmətlərinin təşkili üçün bütün şərait yaradılır. Düşünürəm ki, hər bir insanın ən təhlükəsiz sığınacağı onun evidir. O, evində sülhə, əmin-amanlığa nail olmalıdır. Necə ola bilər ki, biz torpağımızda sülhü təmin edək, ancaq ailələrimizdə problem olsun". (Report)