- Qarabağdakı Rusiya sülhməramlılarına məxsus hərbi texnikalar qatara yüklənərək ölkədən çıxarılır.
"Vətən səsi" xəbər verir ki, sosial şəbəkələrdə sülhməramlıların Azərbaycanı tərk etməsi ilə bağlı yeni görüntülər yayılıb. Yalama terminalından çəkilən videoda Rusiya hərbi texnikalarını qatarla Azərbaycandan çıxarıldığı görünür.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsindən sonra Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasına ötən ayın ortalarından başlanıb və proses mərhələli şəkildə davam edir. Hazırda işğaldan azad edilmiş və suverenliyin tam şəkildə pərpa olunduğu bölgədə qalan sonuncu sülhməramlı qrupun mayın sonunda ölkəmizi tamamilə tərk edəcəyi gözlənilir.
Elxan SALAHOV