23.12.2024, 23:54
AZ EN
03.05.2024, 17:34 237

Narazı ermənilər yaşayış məntəqələrinin adlarını Azərbaycan dilində yazdı

XƏBƏRLƏR

Narazı ermənilər yaşayış məntəqələrinin adları Azərbaycan dilində yazılmış lövhələrlə keçələrə çıxıb. Onlar Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasına etirazlarını bu cür aksiyalarla davam etdirirlər.

"Vətən səsi" xəbər verir ki, Tavuş bölgəsində yaşayan ermənilər bu gün keçirdikləri aksiyada bəzi yaşayış məntəqələrinin adlarını iri lövhədə Azərbaycan dilində nümayiş etdiriblər. Belə ki, Qazaxın işğal altındakı 4 kəndin qaytarılmasına etiraz əlaməti olaraq aksiya keçirənlər bəzi yaşayış məntəqələrinin adlarının yazıldığı lövhələrin altında üzərində erməni və Azərbaycan dilində sözlər yazılmış kiçik lövhələr yerləşdiriblər.

Lövhələrin birində "Əgər sən Nikola dəstək olsan, mən çevrilib olacağam Ellər/İrəvan/Qəmərli" yazılıb. daha bir lövhədə isə ermənilərə belə bir çağırış ünvanlanıb: "Sən Paşinyanın yanında olsan, mən Yerevan dönüb olacam İrəvan".
Elxan SALAHOV

Oxşar xəbərlər