23.12.2024, 12:55
AZ EN
03.05.2024, 14:39 298

Norveçdən olan səyyahlar Kəlbəcər və Laçına səfər ediblər

XƏBƏRLƏR
  • Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcərdə olub.

Səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə Kəlbəcrdə törətdikləri vandalizmin izləri ilə tanış olublar.

Onlar Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Daha sonra səyyahlar Laçına səfər ediblər. Onlar uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olublar. Səyyahlar Laçın seyrangahından şəhərə tamaşa ediblər.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələri - ETIC, MTP, TCC, Nomad Mania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub.

Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb. (APA)

Oxşar xəbərlər