17.05.2024, 12:50
AZ EN
02.05.2024, 21:35 131

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

XƏBƏRLƏR
  • Şimali Atlantika Alyansı Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda virtual da olsa təmsil olunub.

Bu fikirləri NATO Baş katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisinin müavini Karmen Romero “X” sosial şəbəkəsindəki hesabında bölüşüb. O, mötəbər forumun iştirakçıları qarşısında çıxış etmək və Alyansın Azərbaycan ilə siyasi dialoqda və qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqlim dəyişmələri məsələsində praktiki əməkdaşlıqda rolu barədə danışmaq fürsətindən məmnuniyyətlə istifadə etdiyini vurğulayıb.

“Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm”, - deyə Karmen Romero sonda yazıb. (AZERTAC)

 

Oxşar xəbərlər