19.10.2024, 23:19
AZ EN
02.05.2024, 09:28 281

Göyçə gölü ətrafındakı kəndlər boşaldılır

XƏBƏRLƏR

Ermənistanın Geqarkunik rayonu minalardan təmizlənir və boşaldılır.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Armine Adibekyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır: "Qoşunlarımız Çəmbərəkdən (Qırmızıkənd - red.) və Cildən (Göyçə mahalı - red.) çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür, artıq Vardenis (Basarkeçər - red.) bölgəsində kəndlər boşaldılır, əhali öz evlərini tərk etməyə məcbur edilir. İnsanlara nə vəd veriblər, bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda, Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Geqarkunikə girəcəklər, Sevanı böləcəklər, oradan Vaikə girəcəklər, sonra Ermənistanı Sünikdən uzaqlaşdıracaqlar".

Qeyd edək ki, Cil kəndi Göyçə gölünün sahilində yerləşən 5 kənddən biridir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərini məhz Geqarkunik vilayəti ərazisindən tez-tez atəşə tutur. Vilayət tarixi Göyçə mahalını əhatə edir və Ermənistanın hazırkı ərazisinin 18 faizini təşkil edir. Ərazinin əhəmiyyətli bir hissəsini Göyçə gölü tutur. Vilayətə keçmiş Sevan, Krasnoselski, Martuni və Vardenis rayonları daxil idi. Geğarkunik rayonuna həmçinin Azərbaycan ərazisi ilə əhatə olunmuş və hazırda onun nəzarətində olan Artsvaşen anklavı da daxildir. İnzibati mərkəzi Kəvər şəhəridir. Digər şəhərlər Sevan, Çəmbərək, Vardenis, Martunidir. Rayonun inzibati ərazisinə 93 kənd yaşayış məntəqəsi aiddir.

Elxan SALAHOV

Oxşar xəbərlər